Aida Balayeva baş nazirin müavini təyin edildi - Qazaxıstanda

Aida Balayeva baş nazirin müavini təyin edildi - Qazaxıstanda

Hazırda oxunan: Aida Balayeva baş nazirin müavini təyin edildi - Qazaxıstanda

583214

Qazaxıstan Respublikasının parlamentinin aşağı palatası Aida Balayevanın baş nazirin müavini – mədəniyyət və informasiya naziri vəzifəsinə təyin olunması ilə bağlı təklifi dəstəkləyib.

Bizim.Media Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, müzakirədən sonra deputatlar təqdim olunmuş namizədi təsdiqləyiblər.

Xatırladaq ki, Aida Balayeva 2000-ci ildə Abay adına Almatı Dövlət Universitetini, 2007-ci ildə isə Qazaxıstan Milli Aqrar Universitetini bitirib.

1999–2004-cü illərdə Almatı vilayətinin İnformasiya və İctimai Razılıq İdarəsində çalışıb. 2004-cü ildə Almatı Şəhər İnformasiya İdarəsinin təhlil və proqnozlaşdırma şöbəsinin rəhbəri olub. 2006-cı ildə Almatının daxili siyasət departamentinin direktoru təyin edilib. 2010–2014-cü illərdə Astananın akim müavini vəzifəsində çalışıb.
 

2014-cü ildə Prezident Administrasiyasına keçib və daxili siyasət şöbəsinə rəhbərlik edib. 2019-cu ildə Prezidentin köməkçisi – Prezident Administrasiyasının müraciətlərin icrasına nəzarət şöbəsinin müdiri olub.


2020-ci ildə informasiya və ictimai inkişaf naziri təyin edilib. 2022-ci ildə Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsini alıb.

2 sentyabr 2023-cü il tarixli Prezident sərəncamı ilə Aida Balayeva mədəniyyət və informasiya naziri təyin edilib. 6 fevral 2024-cü il tarixli Prezident sərəncamı ilə o, yenidən mədəniyyət və informasiya naziri vəzifəsinə təyin olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO