“Mövcud qaydalara uyğun olaraq, həm Naxçıvan Dövlət Universiteti, həm də Naxçıvan Müəllimlər İnstitutu ali təhsil müəssisəsi kimi fəaliyyətlərini davam etdirirlər”.
Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Naxçıvanda jurnalistlərə açıqlamasında bildirib.
Nazir, həmçinin Çin universitetləri ilə Naxçıvan Dövlət Universiteti arasında əlaqələrin yaradılması, çinli tələbələrin Naxçıvanda təhsil alması, elmi tədqiqat institutları arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələrin aparıldığını qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyətini dayandıracağı ilə bağlı iddialar yayılmışdı.
Bizim.Media



























































































