"Ötən ay Azərbaycanda 167 nəfər zəhərlənib” - RƏSMİ

Hazırda oxunan: "Ötən ay Azərbaycanda 167 nəfər zəhərlənib” - RƏSMİ

58288

"Ötən ay 167 nəfər zəhərlənib, bir nəfər ölüb".

Bu barədə Bizim.Media-ya Kliniki Tibbi Mərkəzdən bildirilib.

Bildirilib ki, yanvar ayı ərzində zəhərlənmə faktı ilə bağlı 167 nəfər qəbul olunub:

"Xəstəxanaya yerləşdirilənlərdən 18-i sirkə turşusundan, 9-u allergiya səbəbindən, 67-si dərmandan, 5-i qidadan, 44-ü dəm qazından, 13-ü spirtli içkidən zəhərlənib. Bundan başqa qəbul olunanların 11-i isə anafilaktik şok keçirib. Həkimlərin səyləri nəticəsində 167 nəfərdən 166-sı sağlamlığına qovuşub, 1 nəfərin həyatını xilas etmək mümkün olmayıb".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO