Bilik yarışında REKORD say - 350.000-ə yaxın məktəbli bacarıqlarını sınayır

Bilik yarışında REKORD say - 350.000-ə yaxın məktəbli bacarıqlarını sınayır

Hazırda oxunan: Bilik yarışında REKORD say - 350.000-ə yaxın məktəbli bacarıqlarını sınayır

582849

Bu il ilk dəfə 350.000-ə yaxın məktəbli bu yarışda iştirak edib. 

Bu sözləri Məktəblilərarası Milli Hekaton final mərhələsində Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında qeyd edib. 
 

"Bu gün keçirilən tədbir rəqəmsallaşma istiqamətində keçirilən ən irimiqyaslı tədbirlərdən biridir. 2017-ci ildən etibarən Azərbaycan məktəblərində rəqəmsal bacarıqlar layihəsi icra olunur. Bu, yeni məzmundur və şagirdlərə alqoritmik düşüncə, komanda ilə işləmək, yüksək texnolohiyalardan istifadə etmək bacarığını aşılayır.


İlk dəfə bu il bu bilik yarışı çərçivəsində rekord sayda, 350.000-ə yaxın şagird iştirak edib. Bu gün yarım finala yüksələn məktəblilərimiz öz bacarıqlarını sınayırlar. Yekunda 30 nəfər qalib olacaq, mükafatlandırılacaq"-deyə direktor qeyd edib.

Nəzrin Mirzəyeva, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO