Yevlaxda partlayan kasetli bomba ilə bağlı YENİ FAKTLAR 

Yevlaxda partlayan kasetli bomba ilə bağlı YENİ FAKTLAR 

Hazırda oxunan: Yevlaxda partlayan kasetli bomba ilə bağlı YENİ FAKTLAR 

58283

Xəbər verdiyimiz kimi, Yevlax rayonunda Vətən Müharibəsi dövründə ermənilərin atdığı kasetli bombanın partlaması nəticələsində Aran qəsəbə sakini, 26 yaşlı İsmayıl Mikayılov həyatını itirib. 

Bizim.Media-nın Qarabağ bürosunun qəsəbə sakinlərindən əldə etdiyi məlumata görə, qeyd olunan ərazi neft-boru kəmərinin yaxınlığında yerləşir.  
 

MÖVZU İLƏ BAĞLI:

Yevlaxda kasetli bomba partladı, ölən var


Həmin əraziyə 44 günlük müharibə zamanı bomba atılıb, lakin partlamayıb.

Eyni zamanda aidiyyatı qurumlar bombanın düşdüyü bölgəni təftiş edərək, bombanı ərazidən götürməyin təhlükəli olduğunu bildiriblər.  

Ərazi fermaların yaxınlığında yerləşdiyindən, heyvandarlıqla məşğul olanlar tez-tez həmin sahədən keçirmiş. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO