Qanunsuz yolla ölkəyə gətirilməyə cəhd olunan valyutanın həcmi açıqlanıb

Qanunsuz yolla ölkəyə gətirilməyə cəhd olunan valyutanın həcmi açıqlanıb

Hazırda oxunan: Qanunsuz yolla ölkəyə gətirilməyə cəhd olunan valyutanın həcmi açıqlanıb

582823

Gömrük yoxlamaları nəticəsində bu ilin ilk 6 ayında 1234 inzibati xəta, 54 cinayət faktı müəyyən edilib.

Bizim.Media xəbər verir ki, bunu media nümayəndələrinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə mediaturu zamanı Xidmətin təşkili şöbəsinin rəisi Elşən Səfərli deyib.

O bildirib ki, dövr ərzində ölkəyə 261 412 ABŞ dolları, 21 728 avro və 100 000 funt sterlinq pul vəsaitlərinin qeyri-leqal yolla keçirilməsinin qarşısı alınıb.
 

Eyni zamanda,145 qutu güclü təsiredici dərman 1520 konvolyut dərman preparatı, 11 520 ədəd siqaret, 17 kiloqram balıq kürüsü, 1185 ədəd mobil telefonun ölkəyə keçirilməsinin qarşısı alınıb.


Zərgərlik məlumatları üzrə isə 1 337 karat brilliant, 1544 qram qızılın ölkəyə qeyri-leqal yolla keçirilməsi faktı aşkarlanıb.

Naibə Məmmədova, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO