Bu ilin ilk 10 ayı ərzində icbari tibbi sığorta hesabına dövlət və özəl tibb müəssisələrində 571 449 əməliyyat icra olunub.
Bizim.Media xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova Gəncə şəhərində təşkil olunmuş mediaturda deyib.
Onun sözlərinə görə, ötən ilin müvafiq dövründə isə 542 516 əməliyyat icra olunub. Bu il əməliyyatların sayı 5 faiz artıb.
Agentlik əməkdaşı qeyd edib ki, dövlət tibb müəssisələrində ən çox icra olunan əməliyyatlar ginekoloji, uroloji və oftalmoloji əməliyyatlardır.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:12 / 27.11.2025
İcbari tibbi sığorta hesabına əməliyyatların sayı ARTIB - RƏSMİ
Hazırda oxunan: İcbari tibbi sığorta hesabına əməliyyatların sayı ARTIB - RƏSMİ
Hazırda oxunan: İcbari tibbi sığorta hesabına əməliyyatların sayı ARTIB - RƏSMİ
582688
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































