Azərbaycanda problemli kreditlərin məbləği 14 %-ə yaxın artıb

Azərbaycanda problemli kreditlərin məbləği 14 %-ə yaxın artıb

Hazırda oxunan: Azərbaycanda problemli kreditlərin məbləği 14 %-ə yaxın artıb

582633

Bu il noyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 544,8 milyon manat təşkil edib.

Bizim.Media Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 3,2 % çoxdur.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 21,3 %, son 1 ildə isə 13,55 % artıb.

Oktyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib. Bu nisbət sentyabrın sonuna da 1,7 %, ötən il dekabrın sonuna 1,5 %, ötən il oktyabrın sonuna isə 1,7 % olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO