2025-ci ilin noyabr ayı ərzində (25.11.2025-ci il tarixinədək) keçirilmiş yoxlamalar zamanı 14 klinika və 14 həkim cərimələnib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi yayıb.
Bildirilib ki, cərimələr əsasən sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma ilə bağlı tətbiq edilib.
"Bir sıra hallarda lisenziya olmadan və lisenziyadan kənar fəaliyyət aşkar olunub. Aşkar edilmiş faktlar üzrə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilərək növbəti icraata göndərilib".
Qeyd olunub ki, cari ilin tam illik statistikası növbəti ilin əvvəlində açıqlanacaq. (Trend.az)
Bizim.Media






























































































