İlin sonuncu

İlin sonuncu "Açıq mikrofon" aksiyası Qazaxda - FOTOLAR

Hazırda oxunan: İlin sonuncu "Açıq mikrofon" aksiyası Qazaxda - FOTOLAR

582150
SOCAR "Azəriqaz" İstehsalat Birliyinin bu il üçün sonuncu "Səyyar qəbul otağı" Qazax rayonunda qurulub.
 
Moderator.az xəbər verir ki, aksiyaya Cəfərli kəndindən üz tutan Yasin Mustafayev əvvəlcədən ödənişli (smart-kart tipli) qaz sayğacında yaranmış borca görə tutulma hissəsinin 30 faizə endirilməsi ilə bağlı müraciət edib.
 
Ağköynək kənd sakini Amil Əhmədov sayğacın yerinin dəyişdirilməsi, Aytəkin Namazova və Pərvin Alməmmədov isə fərdi yaşayış evində quraşdırılmış əvvəlcədən ödənişli sayğacın kartının aktiv edilməsi ilə bağlı müraciət ediblər. Ünvanlanan müraciətlər SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Şəmkir Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən cavablandırılıb, vətəndaşlara lazımi izahatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO