Goranboy şəhərində yerləşən beşmərtəbəli yaşayış binasında baş verən çökmə hadisəsi ilə bağlı dərhal tədbirlər görülüb. Hadisə nəticəsində binada yaşayan 60 ailə vaxtında təhlükəsiz əraziyə təxliyə edilib.
Bizim.Media xəbər verir ki, bu barədə “Unikal”a açıqlamasında Goranboy Rayon İcra Hakimiyyətinin Başçısı Məhərrəm Quliyev məlumat verib. Onun sözlərinə görə, binanın birinci mərtəbəsində yerləşən mənzilin döşəməsinin çökməsi nəticəsində 3 nəfər xəsarət alıb və dərhal xəstəxanaya çatdırılıb. Hazırda onların vəziyyəti həkim nəzarəti altındadır.
M. Quliyev bildirib ki, hadisə baş verən andan etibarən İcra Hakimiyyətinin əməkdaşları, FHN-in müvafiq strukturları və hüquq-mühafizə orqanları əraziyə cəlb olunub. Ailələrin təhlükəsizliyi təmin olunub, binada əlavə risklərin qarşısını almaq üçün bütün zəruri addımlar atılıb.
İcra başçısı vurğulayıb ki, hadisənin dəqiq səbəbləri xüsusi qurumlar tərəfindən aparılan araşdırmaların nəticəsində müəyyən olunacaq. Onun sözlərinə görə, sakinlərin təhlükəsizliyi və sosial təminatı ilə bağlı bütün məsələlər nəzarətdədir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:46 / 23.11.2025
Döşəməsi çökən binadan 60 ailə təxliyə olundu
Hazırda oxunan: Döşəməsi çökən binadan 60 ailə təxliyə olundu
Hazırda oxunan: Döşəməsi çökən binadan 60 ailə təxliyə olundu
581926
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































