2026-cı ildə bu banklar BAĞLANIR? – AÇIQLAMA

2026-cı ildə bu banklar BAĞLANIR? – AÇIQLAMA

Hazırda oxunan: 2026-cı ildə bu banklar BAĞLANIR? – AÇIQLAMA

581866

“Növbəti il bir neçə bankın birləşmə ehtimalı var”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib.

O bildirib ki, bankların bağlanma məsələsi müzakirə olunsa da, hazırda kapitalı aşağı olan bankların böyük bankların tərkibinə keçməsi ehtimalı daha yüksəkdir:

“İndiki vəziyyətdə hansısa bankın bağlanmasını gözləmirəm. Amma bir neçə bankın birləşməsi baş verə bilər. Yəni, hazırda kiçik bankların böyük banklara birləşməsi ehtimalı var. Amma indidən həmin bankların adını çəkib müştərilərində qorxu yaratmaq istəmirəm. Sadəcə bunu deyə bilərəm ki, daha çox ehtimal kapitalı aşağı olan banklardır”.

Qeyd edək ki, Bank BTB (50.855), AFB Bank (75.323), Avrasiya Bank (90.261).Turan Bank (104.579). Bank VTB (111.485) bankların kapital sıralamasında son yerlərdə qərarlaşıblar. 

Xatırladaq ki, 2020-ci ildə isə 4 bank - "AGBank", "Amrahbank", "AtaBank", "NBCBank", 2023-cü ildə "Günay Bank"və "Muğan Bank”, 2024-cü ildə isə "Naxçıvanbank"ın lisenziyası ləğv edilib. 

Naibə Məmmədova, Bizim.Media  
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO