Yasamaldakı yanğından ANBAAN VİDEO

Yasamaldakı yanğından ANBAAN VİDEO

Hazırda oxunan: Yasamaldakı yanğından ANBAAN VİDEO

581803

Ötən gecə güclü yanğının baş verdiyi Yasamaldakı çoxmərtəbəli yaşayış binasının sakinləri arasında tanınmış hərbi jurnalist Heydər Mirzə də olub.
 

MÖVZU İLƏ BAĞLI: 

Yasamaldakı yanğında 20 nəfər zəhərlənib, 3 nəfər ölüb


Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, o, hadisə zamanı dostu ilə birlikdə 12-ci mərtəbədə yerləşən mənzilində olub.

Yanğın anından video paylaşan jurnalist mənzilə hər dəlikdən tüstü daxil olduğunu, 4-cü mərtəbəyə qədər düşə bildiklərini, lakin yenidən çətinliklə evə qayıtmaq məcburiyyətində olduqlarını söyləyib.
 

“Alovdan ölmək tüstüdən ölməkdən yaxşı imiş... Pişiklər də hərəsi bir tərəfdə gizlənib, bilmirəm haradadılar”, - deyə H. Mirzə bildirib.


Bundan başqa, o, 3 nəfərin ölümü, xeyli şəxsin zəhərlənməsi ilə nəticələnən yanğına görə binanın altında yerləşən “LOFT” restoranını ittiham edib.

Jurnalist güclü tüstü ilə müşayiət edilən hadisəyə restoranın səbəb olduğunu iddia edib.

Onun sözlərinə görə, hadisə vaxtı yanğın olmayıb, binanın şaxtasından güclü tüstü yayılıb və tikilinin dəhlizlərini bürüyüb.
 

Restoranın binanın qarajının bir hissəsini zəbt etdiyini həmçinin əxlaqsızlıq yuvası kimi də fəaliyyət göstərdiyini iddia edən Heydər Mirzə məsələ ilə bağlı bir müddət əvvəl Yasamal Rayon Məhkəməsinə müraciət etdiklərini əlavə edib.


O qeyd edib ki, birinci instansiya məhkəməsi “LOFT”un xeyrinə qərar çıxardığından sakinlər olaraq apellyasiya instansiyasına müraciət etməyi planlaşdırıblar.

Qeyd edək ki, faciəvi hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırmalar aparılır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO