Ağcabədidə yük maşını avtomobillə toqquşdu, iki nəfər öldü

Ağcabədidə yük maşını avtomobillə toqquşdu, iki nəfər öldü

Hazırda oxunan: Ağcabədidə yük maşını avtomobillə toqquşdu, iki nəfər öldü

581581

Ağcabədidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Aran qəsəbəsi - Bəhrəmtəpə magistral yolunun Ağcabədi rayon Qaradolaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 

Belə ki, hərəkətdə olan “Qazel” və “VAZ-21015” markalı avtomobil toqquşub. Hadisə nəticəsində Orxan Vəliyev və Türkan Vəliyeva həyatın itirib. 1972-ci il təvəllüdlü Elsevər Vəliyev isə xəsarət alıb.


Yaralı Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO