Tofiq Xanəliyev azadlığa buraxıldı

Tofiq Xanəliyev azadlığa buraxıldı

Hazırda oxunan: Tofiq Xanəliyev azadlığa buraxıldı

581544

"Gənclik" Könüllü Tələbə İdman Cəmiyyəti" İctimai Birliyinin sabiq sədri Tofiq Xanəliyevin cinayət işi üzrə ilk məhkəmə araşdırması yekunlaşıb.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən sonuncu prosesdə təqsirləndirilənə hökm elan edilərək o, 5 il 6 ay azadlıqdan məhrum edilib. Tofiq Xanəliyeva Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə onun cəzası 2 il şərti cəza ilə əvəz olunub.

Qeyd edək ki, Tofiq Xanəliyev adı keçən və əsas məqsədi tələbə, gənclər arasında kütləvi bədən tərbiyəsi və idmanın inkişafına dəstək vermək olan cəmiyyətə ayrılmış 70 min manatdan çox vəsaiti mənimsəməkdə ittiham olunur. İttihama görə, o, idman tədbirləri və yarışlar üçün ayrılmış vəsaiti şəxsi mənafeyinə xərcləməkdə təqsirləndirilir.

T.Xanəliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaqa cəlb edilib və barəsində

Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət işində dəymiş ziyandan 40 min manatı ibtidai istintaq zamanı ödənilib.

Sabiq sədr barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO