Qəzaya düşən təyyarənin qara qutusu ətraflı araşdırılır - Türkiyə Müdafiə Nazirliyi

Qəzaya düşən təyyarənin qara qutusu ətraflı araşdırılır - Türkiyə Müdafiə Nazirliyi

Hazırda oxunan: Qəzaya düşən təyyarənin qara qutusu ətraflı araşdırılır - Türkiyə Müdafiə Nazirliyi

581518

Türkiyə Milli Müdafiə Nazirliyi (MMN) Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan "C-130" hərbi yük təyyarəsinin qara qutusunun TUSAŞ obyektlərində ətraflı araşdırıldığını açıqlayıb.

Bizim.Media xəbər verir ki, nazirlik bu barədə bəyanat yayıb.

Bəyanatda deyilir ki, araşdırmalar başa çatdıqdan sonra nəticələr tam şəffaflıqla ictimaiyyətə təqdim ediləcək.

"Hazırda Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan "C-130" tipli hərbi yük təyyarəmizin qara qutu kimi tanınan FDR (Flight Data Recorder) və CVDR (Cockpit Voice Data Recorder) cihazlarının TUSAŞ obyektlərində öyrənilməsi, həmçinin hadisə yerində təyyarə qəzasını araşdıran komandamızın işi davam edir. Qəzaya uğrayan təyyarəmizin qalıqları Kayseridəki 2-ci aviasiya təmir zavodumuzda ətraflı şəkildə araşdırılacaq", 
- deyə bəyanatda deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO