Bu ilin aprelində Biləcəridə qətlə yetirilən Ədil Məhərrəmovun işi üzrə gözlənilməz dəlil ortaya çıxıb.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, mərhumun həyat yoldaşı Nuranə Nəcəfova və qayınatası Nəcəf Qafarov cinayət işi üzrə həbs edilib.
Prokurorluq müəyyən edib ki, ata və qız mərhum Ədil Məhərrəmovu kəsici-deşici alətlə birlikdə öldürüblər.
Onlara qarşı Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürmə maddəsi üzrə ittiham irəli sürülüb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Baxış iclasında hadisənin necə və hansı niyyətlə törədildiyi məlum olacaq.
Qeyd edək ki, kürəkəninin ölümünə görə tutulan Nəcəf Qafarov əvvəllər də məhkumluq həyatı yaşayıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:49 / 20.11.2025
Ata qızı ilə birgə kürəkəni öldürməkdə ittiham olunur
Hazırda oxunan: Ata qızı ilə birgə kürəkəni öldürməkdə ittiham olunur
Hazırda oxunan: Ata qızı ilə birgə kürəkəni öldürməkdə ittiham olunur
581475
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































