Millət vəkilindən TƏKLİF: “Gəncədə də Bakıdakı kimi parkinq sistemi qurulsun”

Millət vəkilindən TƏKLİF: “Gəncədə də Bakıdakı kimi parkinq sistemi qurulsun”

Hazırda oxunan: Millət vəkilindən TƏKLİF: “Gəncədə də Bakıdakı kimi parkinq sistemi qurulsun”

581379

“Regionlarda yaşayan gənclərin Bakı şəhərinə axınının qarşısının alınması üçün xüsusi tədbirlərin həyata keçirilməsi vacibdir.
 

Bəlkə də kəndlərdən şəhərlərə köçü başa düşmək olar. Amma, şəhərlərdən Bakıya köç bizi düşündürməlidir”.


Bizim.Media xəbər verir ki, bunu deputat Naqif Həmzəyev Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat qeyd edib ki, Gəncə şəhərində sərnişin daşımada ciddi irəliləyiş əldə olunub:

“Lakin şəhərdə parklanma qaydalarına nəzarətin mümkün olmaması, müasir həllərin tətbiq edilməməsi tıxac və digər problemləri ortaya çıxarıb.
 

Xahiş edirəm ki, Bakı şəhərində olduğu kimi Gəncə şəhərində də parklanma sistemləri qurulsun.


Bu həm tıxac problemini həll edəcək, həm də vəsaitlərin dövlət büdcəsinə daxil edilməsi reallaşacaq”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO