30 manat yardım kimlərə veriləcək? - AÇIQLAMA

30 manat yardım kimlərə veriləcək? - AÇIQLAMA

Hazırda oxunan: 30 manat yardım kimlərə veriləcək? - AÇIQLAMA

581267

3 Dekabr — Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə Azərbaycanda əlilliyi olan şəxslərə birdəfəlik maliyyə dəstəyi veriləcəyi gözlənilir. Sosial Xidmətlər Agentliyi bununla bağlı ilkin məlumatı ictimaiyyətə təqdim edib. Yardımın məbləğinin 30 manat olacağı bildirilir və müraciətlərin filiallar və elektron poçt vasitəsilə qəbul ediləcəyi qeyd olunur.

Bizim.Media “yenisabah.az”a istinadən xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov məsələyə münasibət bildirərək qeyd edib ki, bu yardım bütün əlilliyi olan şəxslərə şamil edilmir:

“Bu, əlilliyi olan bütün şəxslərə şamil edilmir, maddi yardıma ehtiyacı olanların kim olduğu qanunvericilikdə göstərilib. Həmin şəxslərin müraciəti əsasında ola bilər ki, onlara birdəfəlik müavinət verilsin. Ölkədə yarım milyona yaxın əlilliyi olan şəxs var, müavinət hamısını əhatə etməyəcək”.

O həmçinin qeyd edib ki, bu cür birdəfəlik müavinətlər hər il verilir və məbləğ ildən-ilə dəyişə bilər:

“Bu cür birdəfəlik müavinətlər hər il verilir, Əmək və Əhalinin Soaial Müdafiəsi Nazirliyinin sərəncamı ilə əvvəlcədən müraciət etmiş şəxslərə və ya müəyyən olunmuş şəxslərə bu cür yardımlar edilir. Məbləğ isə ildən ilə dəyişə bilər. Hər halda, məbləğindən asılı olmayaraq, bu, müsbət addımdır. Bu, əlillərə dəstəyin bir formasıdır”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO