Naxçıvan televiziyasının sabiq sədri, jurnalist Sahil Tahirli yeni vəzifəyə təyin edilib.
Bizim.Media xəbər verir ki, Sahil Tahirli "Hədəf Şirkətlər Qrupu"nda baş direktorun müşaviri vəzifəsinə təyin olunub.
Xatırladaq ki, S.Tahirli bundan əvvəl 13 il Naxçıvan televiziyasına rəhbərlik edib, Naxçıvan Ali Məclisində Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Naxçıvan Televiziya və Radio Şurasının sədri vəzifələrində çalışıb.
O, medianın inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib. Sahil Tahirli dövlət qulluğunun baş müşaviridir.
S.Tahirli bu ilin iyun ayında öz ərizəsi ilə Naxçıvan televiziyasının sədri vəzifədən azad edilib.
Məlumat üçün bildirək ki, "Hədəf Şirkətlər Qrupu"nun baş direktoru Şəmil Sadiqdir.
Qeyd edək ki, Sahil Tahirlinin yeni vəzifəyə təyin olunması ilə bağlı xəbəri ilk olaraq "yenisabah.az" saytı yayımlayıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:47 / 17.11.2025
Sahil Tahirli yeni vəzifəyə TƏYİN EDİLDİ
Hazırda oxunan: Sahil Tahirli yeni vəzifəyə TƏYİN EDİLDİ
Hazırda oxunan: Sahil Tahirli yeni vəzifəyə TƏYİN EDİLDİ
581035
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































