Azərbaycan XİN: Son beş ildə 412 nəfər mina qurbanı olub – FOTO

Azərbaycan XİN: Son beş ildə 412 nəfər mina qurbanı olub – FOTO

Hazırda oxunan: Azərbaycan XİN: Son beş ildə 412 nəfər mina qurbanı olub – FOTO

581019

44 günlük Vətən müharibəsi başa çatdıqdan bu yana 412 nəfər mina qurbanı olub.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanla sərhəddə baş verən mina hadisəsi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X"də etdiyi paylaşımda bildirilib.

Qeyd olunub ki, minalar hələ də Azərbaycanda insan həyatına son qoymaqda davam edir:

"Bu gün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı Ermənistan sərhədində minanın partlaması nəticəsində ağır şəkildə yaralanıb. Təkcə 2020-ci ilin 44 günlük Vətən müharibəsindən bu yana 412 nəfər mina qurbanı olub. Mülki şəxsləri hədəf alan, bərpa işlərini ləngidən və təhlükəsiz qayıdışı əngəlləyən bu humanitar faciə beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır. Bu fakt həmçinin genişmiqyaslı mina təmizləmə əməliyyatlarının sürətləndirilməsi üçün təcili beynəlxalq dəstəyin vacibliyini bir daha göstərir".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO