“Mado”da müştərinin bahalı çantası oğurlandı

“Mado”da müştərinin bahalı çantası oğurlandı

Hazırda oxunan: “Mado”da müştərinin bahalı çantası oğurlandı

581006

Bakının Səbail rayonunda yerləşən “Mado” restoranında müştərinin çantası oğurlanıb. 

Bizim.Media xəbər verir ki, cinayət işinə Səbail Rayon Məhkəməsində baxılıb.
 

Hadisə bu ilin fevralında baş verib. Belə ki, İ.Məmmədov restoranın teras hissəsində N.Quliyevaya aid “Louis Vuitton” markalı əl çantasını oğurlayıb. Çantanın içərisində bank kartları və 1000 manata yaxın pul, eləcə də digər qiymətli əşyalar olub.


Zərərçəkmiş qadın oğurluq edən şəxsi bağışla da, hakim Azər Tağıyev İ.Məmmədovu 1 il 8 ay müddətinə azadlıqdan məhrum edib.

Qeyd edək ki, İ.Məmmədov daha öncə başqa bir cinayətə görə elektron qolbağa məhkum edilib. (Teleqraf.аz)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO