Bir sorğuya 107 min manat xərclənməsi məsələsinə Emin Əmrullayevdən REAKSİYA

Bir sorğuya 107 min manat xərclənməsi məsələsinə Emin Əmrullayevdən REAKSİYA

Hazırda oxunan: Bir sorğuya 107 min manat xərclənməsi məsələsinə Emin Əmrullayevdən REAKSİYA

581000

"Sorğu keçirmək üçün 100 min xərcləməmişik. Bu, yalandır. Ehtimal olunan qiymət odur". 

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, sorğu keçirmək bahalı işdir:
 

"Sorğuya 100 min də xərclənə bilər. Bunun detallarını görmədən fikir bildirmək ayıbdır. Cəmiyyətimizdə şərhlərin böyük hissəsi savadsızlıqdan və qeyri-peşəkarlıqdan irəli gəlir. Bu məsələlər yeni başlayıb deyə bəzi adamlar bu məsələdə nazirliyi neqativ təqdim etmək istəyirlər. Nazir olaraq bunu hər hansı formatda təqdim etməyə hazırıq. Bunun texniki tərəfləri var və bundan bixəbər adamların bu cür şərhləri ola bilər".



Qeyd edək ki, mediada Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər təhsil müəssisələrində məmnunluğun qiymətləndirilməsi üzrə sorğunun keçirilməsi” üçün 107 min manat xərcləyəcəyi ilə bağlı məlumatlar yayılmışdı. 

Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO