Yanmış meyiti tapılanların kimlikləri müəyyənləşdi

Yanmış meyiti tapılanların kimlikləri müəyyənləşdi

Hazırda oxunan: Yanmış meyiti tapılanların kimlikləri müəyyənləşdi

580947

Lənkəranın Göyşaban kəndində yanmış meyiti tapılan 2 nəfərin kimliyi müəyyən edilib.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, ölən şəxslərin 59 yaşlı Cəlilabad sakini Əmrah Bədəlov və 55 yaşlı Sərraf Mustafayev olduğu müəyyənləşib.
 

İlkin ehtimala görə, hər iki şəxs oradakı donuzçuluq fermasında işləyirmiş və fermanın gözətçi otağında baş vermiş yanğın səbəbindən yanaraq ölüblər.


Hadisə ilə bağlı digər versiyalar da araşdırılır və müvafiq ekspertizalar təyin edilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, ilkin məlumatda 2 nəfərin meyitinin zibilxanada aşkarlandığı bildirilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO