Bu gün saat 10:30-dan 15:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Bu gün saat 10:30-dan 15:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Hazırda oxunan: Bu gün saat 10:30-dan 15:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

580498

Bu gün Bakının Biləcəri və Qobustan rayonunun Mərəzə qəsəbələrinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Bizim.Media-ya "Azərişıq" ASC-dən məlumat verilib.
 

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə noyabrın 14-də Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 35/6 kV-luq yarımstansiyadan qidalanan Transformator Məntəqəsində (TM) yenidənqurma və təmir-təftiş işləri aparılacaq.


Bununla əlaqədar olaraq saat 10:30-dan 15:00-dək Biləcəri qəsəbəsi M. Aslanov, L. Tolstoy küçələri, Mərəzə qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO