Bu gün Olimpiya Stadionunda işləyən yerli fəhlələr etiraz aksiyası keçirib.
ANS PRESS-in məlumatına görə, bu barədə kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdÑ bildirilib. Məlumatda deyilir ki, fəhlələr maaşlarını artıq 2 aydır ala bilmirlər. Fəhlələr məvaciblərinin gecikdirilmsinə və pullarının kəsilməsinə etiraz ediblər.
Qeyd edək ki, etiraz edən fəhlələr “Okr Mühəndislik İnşaat Taahüt Elektrik Enerji Makin” şirkətinin işçiləridir. Məsələ ilə əlaqədar şirkətlə əlaqə saxladıq. Şirkətdən bildirildi ki, yayılan xəbərlərin hamısı əsassızdır.
“Fəhlələrlə əmək müqavilələri bağlanıb. Müqaviləyə əsasən işçilərə əməkhaqqı hər ayın 20-nə qədər verilir. Heç vÑ„xt gecikmə olmayıb. Maaş cədvəllərində də bütün statistika aydın yazılıb”, - deyə şirkətdən bildirilib.


































































































