Sabiq nazir müşavirinə yeni vəzifə verildi - FOTO

Sabiq nazir müşavirinə yeni vəzifə verildi - FOTO

Hazırda oxunan: Sabiq nazir müşavirinə yeni vəzifə verildi - FOTO

580249

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) Hüquq Departamentinə yeni rəhbər təyin edilib.

Bizim.Media İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə AQC sədri Vüqar Oruc müvafiq əmr imzalayıb.

Departamentin rəhbəri vəzifəsinə Fuad Xəzani oğlu Məmmədov gətirilib.
 

Qeyd edək ki, Fuad Məmmədov 1985-ci ildə Bakı şəhərində anadan olub. O, 2021-2023-cü illərdə mədəniyyət nazirinin müşaviri, daha sonra Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Hüquq, insan resursları və sənədlərlə iş şöbəsinin müdiri vəzifəsində işləyib.


Əvvəllər isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO