Heç olubmu ki, digər otaqda olarkən və ya duş qəbul edərkən birdən-birə telefon səsi eşidəsiniz...? Tez telefonu yoxlayırsınız, amma heç bir zəng, itirib-axtaran yoxdur. Mistika axtarmayın, elm bunu izah edir və bunu “fantom vibrasiya sindromu” adlandırır. Müasir insanın texnologiya ilə psixoloji bağının ən qəribə nəticələrindən biri də elə məhz budur.
“Gözləmə rejimində” olan beyin çaşır
Fantom vibrasiya sindromu — bir növ illüziya və ya qavrama səhvidir. Bu necə baş verir? Beyin “gözləmə rejimində” olur. Biz daim telefondan zəng, bildiriş, mesaj gözlədiyimiz üçün, beynimiz bu səs və vibrasiyalara qarşı həddindən artıq həssaslaşır. Ona görə də hər hansı oxşar səs (məsələn, qonşudakı cingilti, televizorda musiqi, bayırda quş səsi və s.) beynə yanlış siqnal göndərir.
Bu hal daha çox əsəbləri oynaq adamlarda, narahat, gərgin tipli şəxslərdə olur. Ələlxüsus da analarda və tək yaşayan insanlarda. Bu adamlar telefon zənglərini qaçırmaqdan qorxur, iş, övladla bağlı səbəblərlə beyin daim “tətik”dədir. Ona görə də qulaq hər yerdə səs “eşidir”.
Ümumiyyətlə insan özündə qəribəlik hiss edəndə, düşünür ki, bu ancaq məndə baş verir.
Qorxmayın, tək deyilsiniz: 70% insanlar ən azı bir dəfə bu halı yaşayıb. Bundan xilas olmağın rahat yolu da var. Uzun müddət telefonunuzu səssizdə qoyun. Yəni beyninizi səssiz zənglərə alışdırın. Duşda “feyziyab” olarkən səs eşitsəniz də arxayın olacaqsınız ki, səs gəlmir, çünki telefon “mute” rejimdədir. Lap həqiqətən zəng səsi varsa da sizin telefon deyil. Sadəcə beynin “şitliy”i tutub, sizinlə oyun oynayır.
Şəfiqə Şəfa, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:00 / 11.11.2025
Beynimiz bizə OYUN oynayır - Duşda olarkən niyə zəng səsləri eşidirik?
Hazırda oxunan: Beynimiz bizə OYUN oynayır - Duşda olarkən niyə zəng səsləri eşidirik?
Hazırda oxunan: Beynimiz bizə OYUN oynayır - Duşda olarkən niyə zəng səsləri eşidirik?
580025
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































