Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə qeyd olunan ardıcıl istirahət günlərində ölkənin müxtəlif istiqamətlərində nəqliyyat axını və hərəkət intensivliyi artıb.
Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Qeyd edilib ki, BDYP sürücüləri və piyadaları diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır:
"Sürücülərə uzun səfərlərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki vəziyyətini yoxlamaları, yorğun və yuxusuz halda sükan arxasına əyləşməmələri tövsiyə olunur. Bayram günlərində sərnişindaşıma ilə məşğul olan sürücülərdən isə reysqabağı nəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə saxlamaq və sürət həddinə əməl etmək tələb olunur. Baş Dövlət Yol Polisi İdarəsi bütün yol hərəkəti iştirakçılarını yollarda təhlükəsizliyi birgə qorumağa çağırır".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:19 / 10.11.2025
DYP-dən sürücülərə çağırış: “Yuxusuz halda sükan arxasına əyləşməyin!” - VİDEO
Hazırda oxunan: DYP-dən sürücülərə çağırış: “Yuxusuz halda sükan arxasına əyləşməyin!” - VİDEO
Hazırda oxunan: DYP-dən sürücülərə çağırış: “Yuxusuz halda sükan arxasına əyləşməyin!” - VİDEO
579822
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































