Depressiyadan xilas olmaq üçün QIZIL TÖVSİYƏLƏR

Depressiyadan xilas olmaq üçün QIZIL TÖVSİYƏLƏR

Hazırda oxunan: Depressiyadan xilas olmaq üçün QIZIL TÖVSİYƏLƏR

579798

Dünyadakı milyonlarla insan üçün depressiya müvəqqəti kədər və ya yorğunluqdan daha böyük bir problemdir. Çünki bu, hərəkət etmək istəyini, münasibətləri məhv edən və gələcəyə enerji və inamı sarsıdan xroniki, zəiflədici bir xəstəlikdir.

Bu məsələdə ən təhlükəli məqam odur ki, depressiyanın müalicəsi üçün tez-tez sınaqlar aparılır və müalicə üçün yanlış yol seçilir.

Bizim.Media “Harvard Gazette”-yə istinadən xəbər verir ki, xəstələr ilk təyin olunmuş terapiyanın nəticələrini gözləyərkən xəstəlik irəliləməyə davam edir və sosial təcrid, tükənmə və hətta intihar riskini artırır. 

Nəzərə alaq ki, bu sahədə statistikalar acınacaqlıdır.  Xəstələrin yalnız üçdə biri dərman qəbul etdikdən sonra özünü rahat hiss edir. Onların yalnız 40%-i bir neçə dərman dəyişikliyindən sonra davamlı yaxşılaşma əldə edir.

Niyə ənənəvi müalicə həmişə fayda vermir?
 

Ən çox yayılmış müalicə yanaşmalarından biri "xoşbəxtlik hormonu"nun səviyyəsini normallaşdırmağı hədəfləyən antidepresanların təyin edilməsidir. Lakin, maddələr mübadiləsi, hormonal səviyyələr və sinir sistemindəki fərdi fərqlərə görə, bu dərmanlar təsirsiz qala və ya narahatlıq, yuxusuzluq, baş ağrısı və ya hətta depressiyanın pisləşməsi kimi yan təsirlərə səbəb ola bilər.


Bir çox hallarda, düzgün olmayan müalicə hər şeyi məhv edir və insanlar mühakimə olunmaq qorxusu səbəbində kömək istəməkdən utanırlar. Depressiyanın müalicəsi diabet və ya hipertoniyanın müalicəsi qədər dəqiq ola bilər. Beyin siqnallarını düzgün şərh etməyi öyrənsək, düzgün dərmanı və ya effektiv terapiyanı düzgün zamanda seçə bilərik. Bu, yalnız dərmanlarla bağlı deyil - neyrostimulyasiya, koqnitiv terapiya və hətta psixedeliklərin mikrodozaları kimi metodlar da ümidverici hesab olunur.

Nə etməli?

Hər kəs zehni sağlamlıq yolunda bir neçə vacib addım ata bilər. Birincisi depressiyanın öz-özünə getməsini gözləmək yoludur. İkinci yol apatiya və ya həyata marağın itirilməsinin ilk əlamətlərində psixoloq və ya psixiatra müraciət etməkdir.

Bundan əlavə danışıqlarında səmimi olmaq vacibdir. Çünki danışmaq terapiyası, dostların və ailənin dəstəyi heç də boş sözlər deyil. Ünsiyyət təcrid hisslərini azaldır və dəstək hissi verir.

Bundan əlavə fiziki rifahınıza diqqət yetirin. Fiziki fəaliyyət, kifayət qədər yuxu və balanslı qidalanma beyin kimyasına birbaşa təsir göstərir.

Digər üsulları da nəzərdən keçirin. Meditasiya, nəfəs məşqləri və incəsənət terapiyası həmişə uğurlu olmasa da, onlar hərtərəfli yanaşmanın bir hissəsi ola bilər.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO