Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Hazırda oxunan: Sabah hava necə olacaq?

579537

Noyabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-13, gündüz 17-20 dərəcə isti olacaq.


Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət isə 75-85 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı və arabir duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 18-23, dağlarda gecə 1-5, gündüz 8-13 dərəcə isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO