Bakıda arvadını öldürən şəxsdən XƏBƏR VAR

Bakıda arvadını öldürən şəxsdən XƏBƏR VAR

Hazırda oxunan: Bakıda arvadını öldürən şəxsdən XƏBƏR VAR

57948

Bakıda həyat yolaşını qətlə yetirməkdə təqsirləndirilən Yadigar Cəfərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası fevralın 2-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2021-ci ilin iyulunda paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, 1980-ci il təvəllüdlü Y.Cəfərov həyat yoldaşı, 1986-cı il təvəllüdlü Elnarə Musayevanı bıçaqlayaraq öldürüb. Daha sonra o, bıçaqla özünü xəsarət yetirib.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Y.Cəfərovun həyatını xilas etmək mümkün olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO