Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi davam edir.
Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, Əl-Cənadriyahda təşkil olunan tədbirdə idmançıların rəsmi paradı olub. Azərbaycan nümayəndə heyəti paraddan birinci keçib.
Paradda Azərbaycan Bayrağını voleybolçu Nilufər Ağazadə və ağırlıqqaldıran Dadaş Dadaşbəyli daşıyıb.
Qeyd edək ki, Azərbaycanı yarışda 20 idman növündə 179 idmançı təmsil edir. Ümumilikdə isə 57 ölkə 23 növdə medallar uğrunda mübarizə aparır.
Oyunların bağlanış mərasimi noyabrın 21-də baş tutacaq.

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
22:04 / 07.11.2025
Azərbaycan nümayəndə heyəti İslamiadada paraddan birinci KEÇDİ - FOTO
Hazırda oxunan: Azərbaycan nümayəndə heyəti İslamiadada paraddan birinci KEÇDİ - FOTO
Hazırda oxunan: Azərbaycan nümayəndə heyəti İslamiadada paraddan birinci KEÇDİ - FOTO
579475
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.























































































