Müəllimlərə “hinduşkabaş” deyən direktorun yerinə TƏYİNAT – FOTO

Müəllimlərə “hinduşkabaş” deyən direktorun yerinə TƏYİNAT – FOTO

Hazırda oxunan: Müəllimlərə “hinduşkabaş” deyən direktorun yerinə TƏYİNAT – FOTO

579438

Bakı şəhəri Seymur Məmmədov adına 301 nömrəli tam orta məktəbə direktor təyin edilib.

Bizim.Media xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Ruhiyyə Vaqif qızı İmanova məktəbə direktor təyin edilib.

Xatırladaq ki, məktəbin sabiq direktoru Sevda Sarıyeva nöqsanlara və müəllimləri təhqir etdiyinə görə işdən çıxarılmışdı. Sevda Sarıyevanın səsyazısı üzə çıxmışdı. Səsyazısında direktorun müəllimlərdən pul yığdığı, onlara qarşı uyğunsuz davranış sərgilədiyi, hətta müəllmlərə “hinduşkabaş” deyərək təhqir etdiyi məlum olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO