Gəncədə iki avtomobil toqquşdu, işıqfor yararsız hala düşdü - FOTO 

Gəncədə iki avtomobil toqquşdu, işıqfor yararsız hala düşdü - FOTO 

Hazırda oxunan: Gəncədə iki avtomobil toqquşdu, işıqfor yararsız hala düşdü - FOTO 

57943

Gəncədə yol nəqliyyat hadisəsi qeydə alınıb.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nərimanov prospektində baş verib.

Hərəkətdə olan VAZ-2107 markalı avtomobil digər yolda hərəkət edən VAZ-21015 markalı maşına dəyib. Nəticədə VAZ-21015 yol kənarında olan işıqforun dirəyinə dəyib. 

Qəza nəticəsində avtomobillərə və işıqfora ciddi ziyan dəyib. Xoşbəxtlikdən sürücülərdən xəsarət alan olmayıb.  

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Araşdırma aparılır. 

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO