Kəlbəcər istiqamətində yolu azan hərbçimizdən YENİ XƏBƏR - VİDEO

Kəlbəcər istiqamətində yolu azan hərbçimizdən YENİ XƏBƏR - VİDEO

Hazırda oxunan: Kəlbəcər istiqamətində yolu azan hərbçimizdən YENİ XƏBƏR - VİDEO

57937

Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azan hərbi qulluqçumuz - baş leytenant Bağırov Fuad Allahverdi oğlunun axtarışı aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqədə davam edir.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Müdafiə Nazirliyinin Mətbuat xidməti yayıb.

Mənbə qeyd edir ki, keçirilən axtarışlar nəticəsində yanvarın 29-u səhər saatlarında tapılan digər üç hərbçimiz isə artıq helikopterlə təxliyə edilərək Bakı şəhərində yerləşən hərbi hospitala yerləşdirilib. 

Hərbi qulluqçularımızın müalicəsi ixtisaslaşdırılmış həkimlərin nəzarəti altında davam edir və onların səhhətində həyati təhlükə yoxdur.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO