Bayram günlərində bu istiqamətlərdə əlavə qatar reysləri TƏŞKİL EDİLƏCƏK - FOTO

Bayram günlərində bu istiqamətlərdə əlavə qatar reysləri TƏŞKİL EDİLƏCƏK - FOTO

Hazırda oxunan: Bayram günlərində bu istiqamətlərdə əlavə qatar reysləri TƏŞKİL EDİLƏCƏK - FOTO

579360

ADY Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günü elan edilmiş 8-11 noyabr tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
 

“Bayram günlərində sərnişin tələbatını qarşılamaq məqsədilə Bakı–Ağstafa–Bakı, Bakı–Qazax–Bakı, Bakı–Ağdam–Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə hər iki istiqamətdə əlavə reyslər təşkil ediləcək. 


Eyni zamanda, Bakı–Balakən–Bakı xətti üzrə tələbata uyğun olaraq vaqon sayı artırılacaq. 

8-11 noyabr tarixlərində Abşeron dairəvi dəmir yolu ilə səfərlər üçün qeyri-iş günlərinin cədvəli tətbiq ediləcək”, - məlumatda bildirilib.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO