Ali Məhkəmədə seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Ramin Sayadov və əmisi oğlu Nağı Sayadovun (hər ikisinin adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, Ramin Sayadov əmisi oğlu Nağı Sayadovla qabaqcadan əlbir olan bir qrup şəxs halında hərəkət edərək, on dörd yaşına çatmayan 2011-ci il təvəllüdlü, zərərçəkmiş S.S.-in (adı, soyadı şərtidir) köməksiz vəziyyətindən istifadə etməklə və zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri törədib.
İstintaqla müəyyən edilib ki, onlar 2023-cü ilin iyul ayında iki dəfə eyni məqsədlə zərərçəkmiş şəxsə qarşı qanunla qadağan olunmuş bu əməlləri təkrarən həyata keçiriblər.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə zamanı Ramin Sayadov 11-ci sinif, əmisi oğlu Nağı Sayadov isə 8-ci sinifdə oxuyub. (Pravda.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:44 / 06.11.2025
Azyaşlı qıza qarşı əxlaqsızlıq edən əmioğlanları ilə bağlı QƏRAR
Hazırda oxunan: Azyaşlı qıza qarşı əxlaqsızlıq edən əmioğlanları ilə bağlı QƏRAR
Hazırda oxunan: Azyaşlı qıza qarşı əxlaqsızlıq edən əmioğlanları ilə bağlı QƏRAR
579162
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































