Oqtay Şirəliyevin bacısından ŞİKAYƏT – Dövlətin verdiyi dərmanlar xəstələrə çatdırılmır

Oqtay Şirəliyevin bacısından ŞİKAYƏT – Dövlətin verdiyi dərmanlar xəstələrə çatdırılmır

Hazırda oxunan: Oqtay Şirəliyevin bacısından ŞİKAYƏT – Dövlətin verdiyi dərmanlar xəstələrə çatdırılmır

57908

Respublika Diaqnostika Mərkəzinin nevropotoloqu, keçmiş Səhiyyə naziri Oqtay Şirəliyevin bacısı Rəna Şirəliyevadan şikayət var. 

Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə “Müştərinin səsi” açıq qrupunda çoxsaylı şikayətçilərin şərhləri yer alıb.
 

MÖVZU İLƏ BAĞLI:

Oqtay Şirəliyevin qızı işdən çıxarıldı - FOTO


Etiraz dolu rəylərdə xanım həkimin qəbul qiyməti və fəaliyyəti ilə bağlı narazılıqlar baş qaldırıb.

Hətta Rəna Şirəliyeva Dağınıq sklerozun (MS) müalicəsində istifadə olunan və dövlət tərəfindən xəstələrə pulsuz verilən sözügedən dərmanı xəstələrə təqdim etməməkdə ittiham olunub. 

Dağınıq skleroz (MS) xəstəliyindən əziyyət çəkən şikayətçi Hilal Aydının sözlərinə görə Rəna Şirəliyeva Respublika Diaqnostika Mərkəzində MS xəstələrini 100 manata qəbul edir, 1996-cı ildə istehsal edilən ən zəif “Avonex” dərmanı verir. Hansı ki, iki həftədən bir dozanı artırmaq üçün yenə 100 manat ödəyib həkimin qəbuluna düşməlisən. Biz MS xəstələri müalicəmizin digər ölkələrdə aparıldığı kimi tam təmənnasız və müasir pereparatlarla aparılmasını istəyirik. Bu sonu olmayan və əlilliyə düçar olan bir xəstəlikdir”.

Digər şikayətçi Nuray Nur isə qeyd edib ki, Rəna Şirəliyeva “Avonex” dərmanını xəstələrə verməmək üçün bəhanə gətirir:

“Guya həmin pereparat sonsuzluq yaradır. Bundan əlavə Azərbaycandakı digər nevropotoloqlara qadağa qoyub. Deyir MS-ləri müalicə etmə...”

Daha bir Jama A-va adlı sosial şəbəkə istifadəçisi Rəna Şirəliyevanın “Avonex”i şəxsi biznesinə çevirdiyini iddia edib:

“Bu adam camaatın sağlamlığı ilə oynayır. “Avonex” ilk dönəmlərdə təsir edir, sonra gücü çatmır. Vəziyyətim 3 ildir ki, düzəlmir, əksinə pisləşir. Neçə dəfə puls terapiya almisam. Turkiyədə, eləcə də başqa inkişaf etmiş ölkələrdə müasir dərmanlar ( fingolimod, tecfidera, dimetil fumarat, aubagio, ocrevus) pulsuz verilir. Bu dərmanlar çox bahadır. Balalarımızın boğazından kəsib dərmana veririk. Prezidentimizin sərəncamı ola-ola niyə zülm çəkirik?”, - şikayətçi bildirib. 

Qeyd edək ki, sözügedən qrupda Rəna Şirəliyevadan şikayətlərin sayı-hesabı yoxdur. 
 

Məsələ ilə bağlı Rəna Şirəliyeva ilə əlaqə yaratmağa çalışdıq. Köməkçisi Suğra xanım Rəna Şirəliyevanın işə çıxmadığını və onunla əlaqəsi olmadığını deyib:


“Mən yanında deyiləm. Gələn həftə də işə çıxmayacaq, amma sonrasını bilmirəm. Əlaqə nömrəsi verə bilmərəm, ixtiyarım yoxdur”. 

“O zaman suallarımızı Rəna xanıma çatdıra bilərsiz, cavablandırsın” – deyə müraciətimizə xanım köməkçinin cavabı belə olub:

“Mən onunla ancaq işdə olduğum vaxtlarda görüşə bilərəm”.

Qeyd olunan ittihamlarla bağlı Rəna Şirəliyevin mövqeyini dərc etməyə hazırıq. Xatırladaq ki, Prezident İlham Əliyev sonuncu dəfə 2018-ci ilin fevralında “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Dağınız skleroz (MS) xəstələrinə dərmanlar dövlət tərəfindən pulsuz verilir.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO