Xaçmazın kənd məktəbində koronavirus HƏYƏCANI – Dərslər isə dayandırılmır 

Xaçmazın kənd məktəbində koronavirus HƏYƏCANI – Dərslər isə dayandırılmır 

Hazırda oxunan: Xaçmazın kənd məktəbində koronavirus HƏYƏCANI – Dərslər isə dayandırılmır 

57904

Xəbər verdiyimiz kimi, Xaçmazın Palıdlı kənd məktəbində koronavirusa yoluxma halları artmaqda davam edir. 

Bizim.Media-nın məlumatına görə, ötən gün məktəbin daha 3 şagirdində koronavirus aşkarlanıb, onlardan bir gün əvvəl götürülən testin nəticəsi pozitiv çıxıb.
 

MÖVZU İLƏ BAĞLI:

Xaçmazın Palıdlı məktəbində nə baş verir? – İcra başçısı TƏCİLİ göstəriş verdi


Həmin məktəblilərdən ikisi bir neçə gün əvvəl virusa yoluxan 8-ci sinif şagirdinin sinif yoldaşlarıdır.  

Bir müddət öncə məktəbin daha bir şagirdində koronavirus aşkarlanmışdı. Məktəblinin ailəsi iki həftəlik karantinə alınmışdı. Karantindən sonra ailənin digər uşağı da dərsə gedən kimi virusa yoluxub. 

Xaçmazın icra başçısı Elnur Rzayev Bizim.Media-ya açıqlamasında tədbirlər görüləcəyini bildirmişdi. Şənbə günü məktəbdə dezinfeksiya işləri aparılıb. 

Buna baxmayaraq, valideynlərdə ciddi narahatlıq var. Onlar uşaqlarını məktəbə göndərməkdən ehtiyat edirlər. Valideynlər tədrisin müvəqqəti dayandırılmasını, onlayn təhsilə keçilməsini istəyirlər. 

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO