“Bizim büdcə daxilolmalarımız əsasən ƏDV-dən formalaşır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Şahin Bağırov elektrik nəqliyyat vasitələrinə ƏDV-nin tətbiqi məsləsinə də toxunub:
“2025-ci ilin 10 ayı ərzində ölkəyə 1760 elektrik maşını idxal olunub. Bu, çox az rəqəmdir. Çünki 2024-cü ildə bu rəqəm 3027-dir. Bu onun göstəricisidir ki, elektromobillərə cəmiyyətdə insanların marağı yoxdur. Daha çox daxili yanma mühərriki ilə təchiz olunmuş avtomobillər idxal olunub. ƏDV-də güzəşt ləğv olunsa da belə, bu artıq 5 il müddətində tətbiq olunurdu.
Amma burada yeni rüsumlardan azadolmalar yoxdur. Əksinə daxili yanma mühərrikli maşınların rüsum hədləri getdikcə artır. ƏDV-nin tətbiqi yerli elektrik avtomobil istehsalına bu və ya digər formada müsbət təsir edəcək”.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:27 / 04.11.2025
Elektomobillər ƏDV-yə cəlb ediləcək – RƏSMİ
Hazırda oxunan: Elektomobillər ƏDV-yə cəlb ediləcək – RƏSMİ
Hazırda oxunan: Elektomobillər ƏDV-yə cəlb ediləcək – RƏSMİ
578856
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































