Krant suyunda xərçəng TƏHLÜKƏSİ

Krant suyunda xərçəng TƏHLÜKƏSİ

Hazırda oxunan: Krant suyunda xərçəng TƏHLÜKƏSİ

578284

Fransada kran suyunda xərçəngə səbəb ola bilən kimyəvi maddə aşkarlanıb. Hadisə ölkədə böyük narahatlıq yaradıb. İki ekoloji təşkilat - Comité Citoyen və France Nature Environnement (FNE) - bu məsələ ilə bağlı dövlətə qarşı məhkəməyə müraciət edib.

Bizim.Media xəbər verir ki, təşkilatlar iddia edir ki, hökumət əhalini vaxtında məlumatlandırmayıb və riskli su borularını yeniləmək üçün lazımi addımları atmayıb.

Təşkilatın vəkili Gabrielle Gien bildirib: "Dövlət, suyun təhlükəsizliyini təmin etmək üçün üzərinə düşən vəzifələri yerinə yetirməyib. Əhali xəbərdar edilmədi, biz isə öz imkanlarımızla araşdırma aparmaq məcburiyyətində qaldıq."

Məsələyə səbəb olan maddə - vinil xlorid monomeri (CVM) - 1987-ci ildən etibarən Dünya Səhiyyə Təşkilatına (ÜST) bağlı Beynəlxalq Xərçəng Araşdırma Mərkəzi (IARC) tərəfindən "insan üçün kanserogen" (yəni xərçəng törədici) kimi təsnif edilib.

Bu maddəni ehtiva edən PVC boruların istehsalı Fransada 1978-ci ildə qadağan olunsa da, həmin tarixdən əvvəl çəkilmiş minlərlə köhnə su xətləri hələ də istifadədədir.

Zaman keçdikcə bu borular aşınır və CVM maddəsi suya sızaraq insan sağlamlığı üçün ciddi təhlükə yaradır.

Avropa İttifaqı CVM üçün təhlükəsiz həddi 0,5 mikroqram/litr olaraq müəyyənləşdirib.

Lakin Fransa bu normanı öz milli qanunvericiliyinə tam şəkildə daxil etməyib.

Ətraf mühit təşkilatları məhkəmədən Fransa hökumətini AB standartlarını tətbiq etməyə məcbur etməsini tələb edir.

Onların sözlərinə görə, 1978-ci ildə qadağan olunmasına baxmayaraq, həmin PVC borular bu gün də bir çox bölgələrdə fəaliyyət göstərir, amma məsuliyyəti üzərinə götürən qurum yoxdur. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO