Xilas etdiyi 5 yaşlı qızla 20 il sonra görüşdü – FOTO

Xilas etdiyi 5 yaşlı qızla 20 il sonra görüşdü – FOTO

Hazırda oxunan: Xilas etdiyi 5 yaşlı qızla 20 il sonra görüşdü – FOTO

578146

Tanınmış həkim, Milli Məclisin deputatı Rəşad Mahmudov 20 il əvvəl ölüm riski ilə üz-üzə qalan pasiyentinin bu gün tam sağalması ilə bağlı “Facebook” hesabında təsirli paylaşım edib.

Bizim.Media xəbər verir ki, həkim 2005-ci ildə Mərkəzi Neftçilər Xəstəxanasında müalicə etdiyi 5 yaşlı Aytac adlı pasiyentə gecikmiş böyük VSD, ASD və ağır pulmonar hipertenziya (Eizenmenger sindromu) diaqnozu qoyulduğunu bildirib. O zaman əməliyyat üçün şans çox az olub.
 

R.Mahmudovun sözlərinə görə, Heydər Əliyev Fondunun dəstəyi, eləcə də italiyalı professor Ermanno Mazza və onun komandası ilə aparılan mərhələli müalicə nəticəsində 2015-ci ildə pasiyentin ürəyində tam korreksiya əməliyyatı uğurla həyata keçirilib.


Uzun illər sonra Aytac həkimin qəbuluna gəlib. Lakin həkim bildirib ki, qızının sağlamlığı uğrunda illərlə mübarizə aparan Aytacın anası artıq həyatda deyil:

“O fədakar ana 49 yaşında qəflətən dünyasını dəyişib. Amma mən düşünürəm ki, bəzən bir çarəsiz həyatın xilası üçün başqa bir ruh səssizcə çəkilib gedir”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO