Bakıda həyat yoldaşına zor tətbiq edilməsi faktı ilə bağlı polis tərəfindən saxlanılan şəxs həbs olunub.
MÖVZU İLƏ BAĞLI:
Qadının saçlarını keçəl edib görüntüsünü yayan əri saxlanıldı - FOTO
Bizim.Media xəbər verir ki, Nərimanov rayon Məhkəməsində saxlanılan Tamerlan Məmmədov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Bildirilib ki, oktyabrın 28-də gecə saatlarında bir qadına yaşadığı ünvanda həyat yoldaşı tərəfindən fiziki zor tətbiq edilməsi ilə bağlı polisə məlumat daxil olub.
Əməli törətməkdə şübhəli bilinən T.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub, araşdırma aparılıb.
Bizim.Media
































































































