Xaçmazda avtoxuliqanlıq edən şəxs tutuldu – FOTO/VİDEO 

Xaçmazda avtoxuliqanlıq edən şəxs tutuldu – FOTO/VİDEO 

Hazırda oxunan: Xaçmazda avtoxuliqanlıq edən şəxs tutuldu – FOTO/VİDEO 

57807

Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsini idarə edən və digər hərəkət iştirakçılarının da sağlamlığı üçün ciddi təhlükə yaradan rayon sakini Müslüm Manafov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, rayonun mərkəzi küçələrində hərəkətdə olan “VAZ-2106” markalı avtomobilin sürücüsü davamlı şəkildə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün polis əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

MÖVZU İLƏ BAĞLI:

Xaçmazda itən 3 yaşlı uşaq tapıldı


Lakin, o, polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayaraq təhlükəli manevrlərlə qaydaları pozmağa davam edib. 

Avtomobil süni tıxac tətbiq edilməklə dayandırıldıqdan sonra sürücünün narkotik vasitə qəbul etməsinə dair əsaslı şübhələr olduğundan həmin şəxs polis şöbəsinə gətirilib. 

Tibbi müayinədən keçirildikdən sonra M.Manafovun narkotik vasitə qəbul etdiyi müəyyən olunub.

O, ifadəsində əməllərini etiraf edib. Araşdırmalar zamanı həmin şəxsin axtarışda olduğu məlum olub.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO