Nazirlər Kabineti "Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyinin işçilərinin xidməti geyim formaları nümunələrinin, fərqləndirmə nişanlarının təsviri və onların daşınması Qaydası"nı təsdiq edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərarla, agentliyin xidməti geyim formasını və fərqləndirmə nişanlarını onun nəzarət funksiyalarını yerinə yetirən müfəttişləri vəzifə səlahiyyətlərinin icrası zamanı daşıyacaqlar.
Xidməti geyim formasının təchizatı Agentliyin fəaliyyəti nəticəsində əldə etdiyi vəsaitlər hesabına təmin ediləcək.
Bizim.Media
































































































