Şirkətlərə XƏBƏRDARLIQ – Bu məhsulların ixracına görə “karbon vergisi” tutulacaq

Şirkətlərə XƏBƏRDARLIQ – Bu məhsulların ixracına görə “karbon vergisi” tutulacaq

Hazırda oxunan: Şirkətlərə XƏBƏRDARLIQ – Bu məhsulların ixracına görə “karbon vergisi” tutulacaq

578010

Azərbaycanın Avropa İttifaqına (Aİ) ixrac edəcəyi məhsulların bir hissəsindən "karbon vergisi" tutulacaq.

2026-cı il yanvarın 1-dən Aİ tərəfindən elan olunmuş sərhəddə karbon ticarət tənzimlənməsi, yəni CBAM ("Carbon Border Adjustment Mechanism") işə düşür.

Yəni Avropa İttifaqına idxal olunacaq bir sıra məhsullara sərhəddə karbon qiymətləri tətbiq olunacaq.

İlkin hesablamalara görə, Azərbaycanın bütün ixracında Avropa İttifaqına ixrac olunacaq "karbon vergisi"nin təsiri altına düşən məhsulların ixracının həcmi 0,4 %-dir.

Bəs karbon vergisi hansı məhsullara və hansı həcmdə olacaq?

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Bizim.Media-ya açıqlamasında bildirdi ki, Avropa Birliyinin sözügedən istiqamətdə tələbi mövcuddur:

“Başqa ölkələr Avropa İttifaqına müəyyən məhsulları ixrac etmək istəyirlərsə, hökmən karbon vergisi ödəməlidirlər. Tamamilə mənasız, yanlış bir yanaşmadır. Guya bu tədbirlər iqlim dəyişikliyinə qarşı mübarizə metodudur. Amma iqlim dəyişikliyinə qarşı mübarizə belə aparılmır.

Ümumiyyətlə, iqlim dəyişikliyi anlayışı yanlışdır. Çünki iqlim dəyişikliyi insan faktoruna bağlı deyil. İqlim tsiklik olaraq əsrlər, min illər ərzində dəyişir. Ona görə də Aİ-nin bu fikrini kökündən yanlış sayıram. Amma doğru və ya yanlış olmasından asılı olmayaraq, Aİ-nin belə bir yanaşması var. 1 yanvardan Avropa İttifaqına ixrac olunan Azərbaycan məhsullarına belə bir vergi tətbiq olunacaq. Bu da əsasən bizim neft-qaz məhsullarımıza aiddir. Verginin həcmi isə müzakirələrdən sonra məlum olacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO