Sumqayıtda dünya çempionunu qətlə yetirən şəxsə AĞIR CƏZA

Sumqayıtda dünya çempionunu qətlə yetirən şəxsə AĞIR CƏZA

Hazırda oxunan: Sumqayıtda dünya çempionunu qətlə yetirən şəxsə AĞIR CƏZA

578004

Sumqayıtda qonşular arasında baş verən dava zamanı MMA döyüş növü üzrə dünya çempionu Ceyhun Xəlifzadəni qətlə yetirməkdə və digər bir qonşusunu bıçaqlamaqda təqsirləndirilən Vüsal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə V.Məmmədov 19 il azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə Sumqayıt şəhəri, 76-cı məhəllədə baş verib.

Şəhər sakini, 1992-ci il təvəllüdlü Vüsal Məmmədov adıçəkilən məhəllədə olarkən 1992-ci il təvəllüdlü Zahir Novruz oğlu İsmayılov və digər qonşularla mübahisə edib. Mübahisə zamanı o, 1997-ci il təvəllüdlü Ceyhun Əşrəf oğlu Xəlifzadəni və Z.İsmayılovu bıçaqlayıb.

Hər iki yaralı xəstəxanaya çatdırılsa da, C.Xəlifzadə xəstəxanada dünyasını dəyişib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO