“AzParking” ölkədə parklanmanın rəqəmsallaşdırılması sahəsində tətbiq edilən innovativ sistemlərdən biridir. Lakin vətəndaşların bir çoxu hesab edir ki, texnoloji rahatlıq bəzən insan amilini kölgədə qoyur.
Sistemdə hətta bir qəpiklik borc belə olduqda parkinq xidməti tamamilə deaktiv edilir. Bu isə, xüsusilə gündəlik sürücülər üçün ciddi narazılıq yaradır.
Məsələn, bir sürücü borcu bilmədən və ya sistemdə gecikmə səbəbindən 10-20 qəpik borcda qalsa, avtomobilini rəsmi parkinqdə saxlaya bilmir. Belə halda vətəndaş ya cərimə ödəmək, ya da parkinq qaydalarını pozmaq məcburiyyətində qalır.
Ətraflı Bizim.Media-nın hazırladığı videosüjetdə:
Nəzrin Elxan, Sadiq Məmmədov, Bizim.Media
































































































