İtkin düşən 4 hərbçimizin qalıqları Bakıda dəfn olundu

İtkin düşən 4 hərbçimizin qalıqları Bakıda dəfn olundu

Hazırda oxunan: İtkin düşən 4 hərbçimizin qalıqları Bakıda dəfn olundu

577824

Birinci Qarabağ müharibəsində itkin düşən - şəhid hərbçi Abbasov Rəfael Sultan oğlu, hərbçi Əliyev Əliyar Fərrux oğlu, hərbçi Bayramov Azər Zirəddin oğlu, hərbçi Mehdiyev İlham İmdad oğlunun nəşinin qalıqları ailələrinə təhvil verilib.

Bizim.Media xəbər verir ki, bu gün şəhidlərlə vida mərasimi keçirilib.

Vida mərasimindən sonra şəhidlərin nəşlərinin qalıqları Suraxanı rayonu, "Dədə Qorqud" Şəhidlər Xiyabanında dəfn olunub.
 

Qeyd edək ki, Abbasov Rəfael 1975-ci ildə Amasiya rayonunun Mağaracıq kəndində, Əliyar Əliyev 1961-ci ildə Ağdam rayonunun Kolqışlaq kəndində, Azər Bayramov Bakı şəhəri Xətai rayonunda anadan olub və 8 may 1992-ci ildə Şuşa şəhərində itkin düşüb.


İlham Mehdiyev 1967-ci ildə Bərdə rayonu Alpoud kəndində anadan olub, 26 fevral 1992-ci ildə Xocalı şəhəridə itkin düşüb. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO